×
A
A
A
Sazlamalar

Kişi voleybolçular arasında Azərbaycan çempionatının ilk finalçısı bəlli olub

Bakı, 17 aprel, AZƏRTAC

Aprelin 17-də kişi voleybolçuların Yüksək Liqasında yarımfinal mərhələsinin ikinci oyunlarına start verilib.
AZƏRTAC xəbər verir ki, günün yeganə qarşılaşmasında MOİK Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Azərreyl”lə üz-üzə gəlib. Görüş “dəmiryolçular”ın 3:0 (25:12, 25:18, 25:14) hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da Boris Qrebennikovun rəhbərlik etdiyi komanda həlledici mərhələdə iştirak hüququ qazanıb.
“Azərreyl”in rəqibi aprelin 18-də “Neftçi” və “Murov Az Terminal” komandaları arasında oynanılacaq görüşdən sonra bəlli olacaq.

İdman 2024-04-17 18:04:00