Pakistanda şiddətli yağış nəticəsində ölənlərin sayı 71 nəfərə çatıb
Bakı, 1 aprel, AZƏRTAC
Şənbə günündən bəri Pakistanın müxtəlif bölgələrində şiddətli yağışla bağlı insidentlər nəticəsində ölənlərin sayı 71-ə çatıb, 67 nəfər isə yaralanıb.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, Xeyber-Paxtunxva əyaləti ildırım vurması da daxil olmaqla, 32 nəfərin həyatını itirdiyi ən çox zərər çəkmiş bölgədir. Ölənlərin 15-i uşaqlardır və ümumilikdə 1370 evə ziyan dəyib.
Məlumata görə, Şərqi Pəncab əyalətində 23 nəfər həyatını itirib, yeddi nəfər xəsarət alıb. Bəlucistan əyalətində səkkiz nəfər ölüb, daha səkkiz nəfər yaralanıb. Pakistanın nəzarətində olan Kəşmirdə isə azı səkkiz nəfər həyatını itirib, 47 ev dağılıb.
Aprelin 17-dən 29-dək ölkə ərazisində intensiv yağışlar və tufan gözlənildiyi barədə əhaliyə xəbərdarlıq edildiyi bildirilir.
Gürcüstanın xarici ticarət dövriyyəsi 3 faizədək azalıb
Gürcüstanda 30 universitetin tələbələri etiraz aksiyası keçirirlər
Avropa İttifaqı Gürcüstana qarşı sanksiyaları nəzərdən keçirmir
Alimlər herpes virusunun sinir sisteminə necə daxil olmasını araşdırıblar