Budapeşt bir daha Brüsseli tənqid atəşinə tutub
Budapeşt, 17 aprel, AZƏRTAC
Macarıstanın Baş naziri Viktor Orban Aİ rəhbərliyini siyasi şantajda ittiham edib və bildirib ki, o, bütün əsas layihələri iflasa uğratdığı üçün istefaya getməlidir.
AZƏRTAC xəbər verir ki, Macarıstanın Baş naziri Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayenin Budapeştin miqrasiya və antigender siyasəti ucbatından Aİ fondlarından pul almayacağını açıq şəkildə bəyan etməsinə məhz belə cavab verib.
O deyib: “Avropa İttifaqında liderlər yaşıl keçid, davamlılıq siyasəti, miqrasiya, sanksiyalar və hərbi siyasət kimi əsas layihələri özləri seçdilər və onların hamısı uğursuz oldu”.
Orbanın fikrincə, Aİ-nin hazırkı rəhbərliyi getməlidir, İttifaqa yeni liderlər lazımdır. Siyasətçi əlavə edib ki, Brüssel qanunun aliliyi və şərtlər mexanizmindən siyasi şantaj aləti kimi istifadə edir.
Misir nümayəndələri İsrail tərəfi ilə görüşləri ləğv edib
İndoneziyada vulkan püskürməsi baş verib
Donuz böyrəyi köçürülən ABŞ vətəndaşı iki ay sonra vəfat edib
Şimali Makedoniyanın ilk qadın Prezidenti vəzifəsinin icrasına başlayıb
Türkiyə Prezidenti Yunanıstanı danışıqlarda səmimi olmağa çağırıb