Ermənistanın baş naziri Azərbaycanla sərhəd bölgəsinə yenidən səfər edib
Tbilisi, 17 aprel, AZƏRTAC
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan ilə sərhəd zonasına – Tavuş vilayətinin Voskepar kəndinə səfər edib. Bu, Paşinyanın cari ildə Tavuşa ikinci səfəridir.
AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, Paşinyan yenidən kənd camaatı ilə görüşəcək.
Qeyd edək ki, əvvəlki görüşdə qalmaqal yaranıb. Tavuşun 4 yaşayış məntəqəsinin Azərbaycana təhvil verilməsi məsələsi müzakirə olunarkən kənd sakinləri öz narazılıqlarını bildiriblər. Paşinyan isə deyib ki, bu kəndlər geri qaytarılmalıdır, əks-halda müharibə başlayacaq.
İlon Mask güclü geomaqnit qasırğasının “Starlink” peyklərinə təsirindən danışıb
Ermənistan polisi İrəvanda etiraz aksiyasının 41 iştirakçısını saxlayıb
Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 267 nəfərə yüksəlib
Qazaxıstanda daşqından zərər çəkən 20,6 min ailə birdəfəlik müavinət alıb
ABŞ Çin elektromobillərinə idxal rüsumunu dörd dəfə artırmağı planlaşdırır