Kanada beş il ərzində Ukraynaya 1,16 milyard dollarlıq hərbi yardım köçürəcək
Bakı, 17 aprel, AZƏRTAC
Kanada hakimiyyəti 2024-cü ildə Beynəlxalq Valyuta Fondu (BVF) vasitəsilə Ukraynaya 2,4 milyard Kanada dolları (1,74 milyard ABŞ dolları) məbləğində kredit vermək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyinin dərc etdiyi növbəti maliyyə ili üçün büdcə layihəsində deyilir.
“2024-cü ilin büdcəsində Kanadanın Ukraynaya 2,4 milyard dollar kredit vermək niyyəti var və bunun 2 milyard dolları artıq martın 20-də BVF-nin idarə etdiyi hesab vasitəsilə Ukraynaya köçürülüb”, - deyə sənəddə qeyd edilir.
Layihədə, həmçinin nəzərdə tutulub ki, Kanada beş il ərzində Ukraynaya 1,16 milyard dollar dəyərində hərbi yardım köçürəcək.
HƏMAS İsrailin Qəzzada atəşkəs barədə təklifini nəzərdən keçirir
Alimlər oranqutanqın bitki ilə yaraları müalicə etməsini öyrənir
Ruandada güclü yağışlar nəticəsində 50-yə yaxın insan həlak olub
Paris Olimpiadasında qaçqınlar yığması ilk dəfə öz loqosu ilə yarışacaq