ABŞ İsraildən Rəfahla bağlı ətraflı plan almadığını bildirib
Bakı, 16 aprel, AZƏRTAC
İsrail hələ də ABŞ-a Rəfah şəhərində hərbi əməliyyat keçirmək, eləcə də buradan dinc əhalini təxliyə etmək planı barədə ətraflı məlumat verməyib.
AZƏRTAC xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə deyib.
“Həm evakuasiya, həm humanitar mülahizələr, həm də hərbi komponent baxımından onların planları haqqında hələ də ətraflı məlumat almamışıq”, - deyə Miller bildirib.
Xatırladaq ki, martın 31-də İsrailin Baş naziri Benyamin Netanyahu Rəfahda hərbi əməliyyat planlarının təsdiqləndiyini açıqlayıb. Onun fikrincə, şəhərə girmədən və orada HƏMAS batalyonlarını məhv etmədən Qəzza zolağında münaqişədə qələbə olmayacaq.
Texasın şərqində daşqınlarla əlaqədar təxliyə göstərişi verilib
Hindistan aprel ayında Rusiyadan neft idxalını 20 faiz artırıb
Müharibə və müstəmləkəçilik yaşamış sülh şəhəri – Hanoy VİDEO
Viktor Orban: Avropa liderləri odla oynayırlar
HƏMAS İsrailin Qəzzada atəşkəs barədə təklifini nəzərdən keçirir