Baş Prokurorluq: Beynəlxalq axtarışa verilmiş şəxslər Rusiyadan ölkəmizə ekstradisiya edilib
Bakı, 16 aprel, AZƏRTAC
“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 2002-ci il 7 oktyabr tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Şövkətbəy Mustafayev, İlkin Rüstəmov, Rövşən Əmirxanlı və Nihad Səlimlinin ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Nihad Səlimli sağlamlıq əleyhinə, Şövkətbəy Mustafayev, İlkin Rüstəmov və Rövşən Əmirxanlının isə mülkiyyət əleyhinə olan cinayətləri törətmələrinə əsaslı şübhələr müəyyənləşdirildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul olunub və onlar istintaqdan qaçıb gizləndiklərinə görə beynəlxalq axtarışa veriliblər.
Həmin şəxslər Rusiya Federasiyasının ərazisində saxlanılaraq bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.
DİN: Ötən gün 20 kiloqramdan çox narkotik vasitə aşkarlanıb
“Xələfli” sərhəd zastavası əsaslı təmirdən sonra istifadəyə verilib
Ağdamda avtoxuliqanlıq edən sürücülər məsuliyyətə cəlb olunub
XTNS-də Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfəyə həsr olunmuş tədbirlər keçiriləcək
Azərbaycan və Türkiyə ombudsmanları arasında görüş keçirilib