Dövlət Komitəsi rəsmisi: Tikinti ilə bağlı tələblər baxımından qanunvericiliyin təkmilləşdirilməsi zərurətdir
Bakı, 16 aprel, AZƏRTAC
Tikinti ilə bağlı tələblər baxımından qanunvericiliyin təkmilləşdirilməsi zərurətdir.
Süni torpaq sahələri ilə bağlı hüquqi tənzimləməyə ehtiyac duyulur. Bununla bağlı hazırlanmış qanun layihəsi Torpaq Məcəlləsinə, həmçinin Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun hazırlanıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin aprelin 16-da keçirilən iclasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbəri Rəşad İsmayılov deyib.
Komitə rəsmisi bildirib ki, sənəddə təhlükəsizlik məsələləri də öz əksini tapıb. Qanun layihəsinin süni adaların yaradılması ilə bağlı fəaliyyəti tam əhatə edəcəyini diqqətə çatdıran R.İsmayılov süni adada işlərin Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq həyata keçiriləcəyini vurğulayıb.
Ağdamda avtoxuliqanlıq edən sürücülər məsuliyyətə cəlb olunub
ANAMA sədrinin müavini Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri ilə görüşüb
XTNS-də Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfəyə həsr olunmuş tədbirlər keçiriləcək
Azərbaycan və Türkiyə ombudsmanları arasında görüş keçirilib
Monitorinqlər davam etdirilir: 145 müəssisədə nöqsanlar aşkarlanıb