Hakan Fidan Türkiyədə səfərdə olan Con Bass ilə bölgədəki son hadisələri müzakirə edib
İstanbul, 15 aprel, Günel Karatepe, AZƏRTAC
Xarici işlər naziri Hakan Fidan Türkiyədə səfərdə olan ABŞ Dövlət katibinin müavini Con Bass ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Türkiyənin Xarici İşlər Nazirliyindən açıqlama verilib.
Məlumata əsasən, görüş zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ səfərinə hazırlıq prosesi, bölgədəki son hadisələr, o cümlədən İsrail-Fələstin və Rusiya-Ukrayna qarşıdurmaları, eləcə də Qara dəniz təhlükəsizliyi məsələləri müzakirə edilib.
Bununla yanaşı, enerji sahəsi və PKK/YPG, İŞİD, FETÖ terror təşkilatları ilə mübarizə ətrafında da fikir mübadilələri aparılıb.
Xatırladaq ki, ABŞ Dövlət katibinin müavinin ikigünlük səfəri Türkiyənin xarici işlər nazirinin müavini Burak Akçaparın dəvəti ilə baş tutub. Səfər çərçivəsində bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur.
İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir
Sadiq Xan üçüncü dəfə London meri seçilib
Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb
“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır