×
A
A
A
Sazlamalar

Azərbaycanın 3x3 basketbol millisi təsnifat turnirində növbəti oyununa çıxacaq

Bakı, 13 aprel, AZƏRTAC

Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan turnirdə ikinci görüşünə çıxacaq.
AZƏRTAC xəbər verir ki, Honkonqda təşkil olunan təsnifat yarışının B qrupunda yer alan yığmanın növbəti rəqibi Monqolustan seçməsi olacaq. Görüş Bakı vaxtı ilə saat 11:55-də start götürəcək.
Azərbaycan millisi bu gün daha bir oyun keçirəcək. Komandamız saat 13:45-də Niderland ilə üz-üzə gələcək.
Milli ötən gün qrupun ilk matçında Çilini 17:14 hesabı ilə məğlub edib.
Qeyd edək ki, qrupda ilk iki yeri tutan kollektivlər yarımfinala vəsiqə qazanacaqlar.

İdman 2024-04-13 09:47:00