×
A
A
A
Sazlamalar

Azərbaycan Ordusunun Naxçıvan istiqamətində mövqeləri atəşə tutulub VİDEO

Bakı, 9 aprel, AZƏRTAC

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Cəhazir yaşayış məntəqəsi istiqamətindəki mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Ordu 2024-04-09 18:35:00

Video