×
A
A
A
Sazlamalar

Naxçıvanda 40 gənc polis əməkdaşının andiçmə mərasimi olub

Bakı, 9 aprel, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində ilkin hazırlıq kursunu bitirmiş 40 gənc əməkdaşın andiçmə mərasimi keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə mərasim iştirakçıları xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin, xidməti borcu yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsini bir dəqiqəlik sükutla anıblar.
Çıxış edənlər daxili işlər orqanları əməkdaşlarının vətənə, xalqa və dövlətə sədaqətli xidmətləri haqqında məlumat veriblər. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərdiyi diqqət və qayğıdan məmnunluq ifadə ediblər.
Sonra müvafiq qaydalara əsasən kursu bitirən gənc əməkdaşlar Dövlət bayrağı önündə “Polis andı”nı qəbul edib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Ordu 2024-04-09 18:36:00