×
A
A
A
Sazlamalar

Heydər Əliyev adına Hərbi İnstituta 2024-2025-ci tədris ili üçün sənəd qəbulu həyata keçirilir

Bakı, 9 aprel, AZƏRTAC

Heydər Əliyev adına Hərbi İnstituta 2024-2025-ci tədris ili üçün I ixtisas qrupu ilə yanaşı, II və III ixtisas qrupları üzrə də sənəd qəbulu həyata keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, instituta qəbul olmaq istəyən namizədlər sənədlərini aprelin 30-dək istənilən sənəd qəbulu mərkəzinə təqdim edə bilərlər.
Qəbul qaydaları və sənəd qəbulu mərkəzlərinin ünvanları ilə Milli Müdafiə Universitetinin rəsmi internet saytında (www.mmu.edu.az) tanış olmaq mümkündür.

Ordu 2024-04-09 13:10:00