×
A
A
A
Sazlamalar

Bilyard üzrə Azərbaycan çempionatı keçiriləcək

Bakı, 6 aprel, AZƏRTAC

Bakıda bilyardın piramida növü üzrə Azərbaycan çempionatı keçiriləcək.
Federasiyanın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aprelin 20-dən 22-dək təşkil olunacaq yarışda ölkənin müxtəlif yerlərindən ən yaxşı oyunçular çempion adı uğrunda mübarizə aparacaqlar.
Ölkə çempionatının keçirilməsində məqsəd həm ən yaxşıları müəyyənləşdirmək, həm də bilyardın geniş auditoriya arasında populyarlaşdırılmasıdır.

İdman 2024-04-06 12:20:00