×
A
A
A
Sazlamalar

İddiaçılar Turniri: Nicat Abasov üçüncü görüşünə çıxacaq

Bakı, 6 aprel, AZƏRTAC

Bu gün Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində üçüncü görüşünə çıxacaq.
AZƏRTAC xəbər verir ki, təmsilçimiz Hikaru Nakamura (ABŞ) ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.
N.Abasov ilk turda rusiyalı Yan Nepomnyaşi ilə heç-heçə edib, ikinci görüşdə isə ABŞ təmsilçisi Fabiano Karuanaya məğlub olub.
Qeyd edək ki, İddiaçılar Turnirinə aprelin 22-də yekun vurulacaq.

İdman 2024-04-06 10:51:00