×
A
A
A
Sazlamalar

Premyer Liqa: “Sabah” “Turan Tovuz”a, “Səbail” çempiona qarşı

Bakı, 6 aprel, AZƏRTAC

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX turun növbəti oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, “Turan Tovuz” doğma meydanda “Sabah”la qarşılaşacaq. Tovuz şəhər stadionunda oynanılacaq görüş saat 16:00-da start götürəcək. Bölgə təmsilçisi 36 xalla 7-ci, Bakı klubu isə 40 xalla beşinci sırada yer alıb.
Digər matçda çempionluğunu ötən tur rəsmiləşdirən “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Səbail”i qəbul edəcək. Oyun 20:00-da başlayacaq. Qurban Qurbanovun kollektivi 69 xalla turnir cədvəlinə başçılıq edir. “Dənizçilər” isə 36 xalla altıncı pillədə qərarlaşıb.
Ötən gün baş tutan açılış oyununda “Kəpəz” səfərdə “Araz-Naxçıvan”a 2:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, tura martın 7-də keçiriləcək “Zirə” – “Qəbələ” və “Neftçi” – “Sumqayıt” qarşılaşmaları ilə yekun vurulacaq.

İdman 2024-04-06 10:18:00