×
A
A
A
Sazlamalar

Azərbaycan Basketbol Liqası: Liderdən Sumqayıtda gözlənilməz məğlubiyyət

Bakı, 5 aprel, AZƏRTAC

Basketbol üzrə Azərbaycan çempionatında XVI turun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, günün yeganə qarşılaşması Sumqayıtda baş tutub. Burada yerli komanda lider "Xəzri"ni qəbul edib. Görüş meydan sahiblərinin 87:77 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu qalibiyyət sayəsində "Sumqayıt" pley-off şanslarını artırıb.
"Sumqayıt" 22 xalla 7-ci, "Xəzri" isə 29 xalla birinci pillədə qərarlaşıb.

İdman 2024-04-05 23:10:00