×
A
A
A
Sazlamalar

Qadın futbolçulardan ibarət Azərbaycan millisi seçmə mərhələyə heç-heçə ilə başlayıb

Bakı, 5 aprel, AZƏRTAC

Qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.
AZƏRTAC xəbər verir ki, B Liqasının I qrupunda mübarizə aparan yığma səfərdə Macarıstanla qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Hesabı 44-cü dəqiqədə Henrietta Çizar açıb. Millimizin heyətində 74-cü dəqiqədə Sevinc Cəfərzadə penaltidə fərqlənərək matçın yekun nəticəsini müəyyənləşdirib.
Qeyd edək ki, Azərbaycan millisi aprelin 9-da doğma meydanda İsveçrəni qəbul edəcək.

İdman 2024-04-05 22:12:00