×
A
A
A
Sazlamalar

MOK-un baş katibi EYOF Komissiyasının iclasında ölkəmizi təmsil edib

Bakı, 5 aprel, AZƏRTAC

Aprelin 4-də İslandiyanın paytaxtı Reykyavikdə Avropa Gənclər Olimpiya Festivalının (EYOF) komissiyasının iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi, EYOF komissiyasının üzvü Azər Əliyev də iştirak edib.
İclasda “Bakhuriani-2025” Qış və “Skopye-2025” Yay Olimpiya festivallarının gedişatı ilə bağlı ətraflı məlumat verilib.
Bundan əlavə, görüşdə EYOF-un gələcək plan və strategiyaları, gənc səfirlər, idmançıların təhlükəsizliyi və qarşıdakı digər yarışlar haqqında müzakirələr aparılıb.

İdman 2024-04-05 21:16:00