×
A
A
A
Sazlamalar

Moldovalı güləşçi: Nəticəyə görə çox xoşbəxtəm

Bakı, 5 aprel, AZƏRTAC

Yaxşı mübarizə apardım. Görüş zamanı rəqibimlə bir-birimizə hörmətlə yanaşırdıq. Nəticəyə görə çox xoşbəxtəm.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakıda təşkil olunan Avropa Olimpiya Təsnifat Turnirində yunan-Roma güləşi üzrə Olimpiya Oyunlarına vəsiqə qazanan moldovalı Viktor Çobano deyib.
67 kiloqramda mübarizə aparan idmançı rəqibi olan belaruslu Hleb Makarankanın yarışa hazırlıqlı çıxdığını bildirib.
“İndi bütün diqqətimi Parisdə təşkil olunacaq yarışdakı iştirakıma yönəldəcəyəm. Ölkəmi Fransada layiqincə təmsil etmək istəyirəm”, - deyə o əlavə edib.
Xatırladaq ki, hər çəkidə finala çıxan güləşçilər “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanacaqlar.

İdman 2024-04-05 20:17:00