Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
Bakı, 28 mart, AZƏRTAC
Azərbaycan Ağırlıqqaldırma Federasiyası (AAF) və Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) birgə təşkilatçılığı ilə antidopinq seminarı keçirilib.
AAF-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bütün yaş qrupları üzrə yığma komandaların idmançı və məşqçi heyəti iştirak edib. Seminarı AMADA-nın Təhsil proqramları üzrə meneceri Qüdrət Səfərov aparıb.
İştirakçılara qadağan olunmuş maddələrdən istifadənin fəsadları, onların qəbuluna görə tətbiq olunan cəzalar, qadağan olunmuş siyahı və onun tərtib olunma meyarları barədə məlumat verilib. Həmçinin yarış vaxtı və ondan kənarda test götürülmə qaydaları, idmançıların məkan məlumatları, ADAMS sistemi, Terapevtik İstifadə üçün İstisnalar və digər vacib məqamlar izah olunub. Proyektor vasitəsilə deyilənlər əyani şəkildə göstərilib. Seminar interaktiv halda aparılıb, iştirakçılar onları maraqlandıran sualları verərək cavab alıb, maraqlı müzakirələr gedib.
Sonda idmançılar anonim antidopinq sorğusunda iştirak ediblər.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir