Hakimi vurmaq istəyən baş məşqçi futboldan uzaqlaşdırılıb
Bakı, 27 mart, AZƏRTAC
AFFA İntizam Komitəsi U-13 Liqasında mübarizə aparan “Azəri” (Gəncə) komandasının baş məşqçisi Elşən Əliyevi cəzalandırıb.
AZƏRTAC milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, mütəxəssis “Turan Tovuz” ilə görüşdə baş hakimi təhqir edib, şərəf və ləyaqətini alçaldıb, eləcə də onu vurmağa cəhd göstərib. Nəticədə görüş yarımçıq dayandırılıb.
Bu davranışına görə E.Əliyevin futbolla bağlı hər hansı fəaliyyətinə 1 illik qadağa qoyulub, komandasına isə texniki məğlubiyyət verilib.
AFFA Region Liqasında çıxış edən “Mil” klubu isə növbəti 3 ev oyununu azarkeşsiz keçirəcək. Buna Beyləqan təmsilçisinin fanatlarının “Göyçay” komandası ilə matç bitdikdən sonra meydana daxil olaraq baş hakimi təhqir etmələri və vurmağa çalışmaları səbəb olub.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir