Mütəxəssis: Səhər yeməyi sağlam qidalanma baxımından çox vacibdir
Bakı, 27 mart, AZƏRTAC
“Səhər yeməyinin insana bir çox faydaları var, lakin bir şərtlə ki, səhərlər şirin çay içməyi unutmaq lazımdır, sadə təzə dəmli çay kifayət edir”.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında nazirliyin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov açıqlayıb. Onun sözlərinə görə, bir çox millətlərdə hətta səhər yeməyi ənənəsi var: “Səhər yeməyi ilk öncə axşamdan mədədə toplanan turşu hovuzu üçün neytrallaşdırıcı bir vasitədir, mədə daha sağlam olur. Səhər yeməyi sirkadian ritmini aktiv saxlayır, metabolizmi sürətləndirir. İnsanın faydalılıq əmsalının ən yüksək olduğu məhz səhər saatlarıdır ki, insana bu zaman sağlam enerji lazımdır və biz onu səhər yeməyindən alırıq”.
Mütəxəssis-ekspert bildirib ki, səhər yeməyindən imtina edən insanlar artıq bədən çəkisinə daha çox meyilli olurlar: “Fikir versəniz biz əsas Ca, vitamin D kimi immun sistemini aktiv tutan maddələri məhz səhər yeməyində alırıq. Belə ki, yumurta, qaymaq, şor, pendir yeyərək balanslı protein-yağ, az miqdarda şəkər qəbul edirik. Bu qida maddələrinin bölgüsünə fikir verəndə aydın olur ki, səhər yeməyi sağlam qidalanma baxımından çox vacibdir. Uşaq yaşlarından orqanizmi bu vərdişə öyrətmək lazımdır”.
Bakıda Qafqaz Albaniyası mövzusuna həsr olunmuş XI beynəlxalq elmi konfrans başa çatıb
FHN: “Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın söndürülüb VİDEO
“Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb VİDEO
“Taxta bazarı”ndakı yanğının söndürülməsinə 15 texnika və 70 nəfər cəlb olunub