×
A
A
A
Sazlamalar

“Neftçi” – “Spartak” matçının başlama saatı məlum olub

Bakı, 18 mart, AZƏRTAC

“Neftçi”nin Rusiyanın “Spartak” (Moskva) komandası ilə keçirəcəyi yoldaşlıq görüşünün başlama saatı məlum olub.
AZƏRTAC Bakı klubun rəsmi saytına istinadən xəbər verir ki, martın 23-də “Neftçi Arena”da təşkil olunacaq qarşılaşma saat 18:00-da start götürəcək.
Matçın biletlərinin tezliklə satışa çıxarılacağı bildirilib.

İdman 2024-03-18 12:32:00