×
A
A
A
Sazlamalar

“Neftçi” bu mövsüm Premyer Liqada ilk böyükhesablı qələbəsini qazanıb

Bakı, 18 mart, AZƏRTAC

“Neftçi” Azərbaycan Premyer Liqasının 2023-2024-cü illər mövsümündə ilk böyükhesablı qələbəsini qazanıb.
AZƏRTAC xəbər verir ki, Bakı klubu XXVII turda “Səbail”in qapısına üç cavabsız qol vurub.
Bununla da Premyer Liqada böyük hesablı qələbə qazanmayan komanda qalmayıb. Üçüncü dövrənin son turunadək yalnız “Neftçi” üç və ya daha çox top fərqi ilə qalib gəlməmişdi.
Bütün komandaların mövsüm ərzində belə qələbə qazanması Azərbaycan çempionatları tarixində 4-cü belə hadisədir. Bunadək 1995-1996-cı, 2009-2010-cu və 2021-2022-ci illər mövsümlərində hər komanda ən azı bir dəfə üç və ya daha artıq top fərqi ilə qalib gəlib.

 

İdman 2024-03-18 11:34:00