×
A
A
A
Sazlamalar

Azərbaycan atıcısı Almaniyada gümüş medal qazanıb

Bakı, 18 mart, AZƏRTAC

Azərbaycan atıcısı Xanna Əliyeva Almaniyanın Dortmund şəhərində keçirilən "ISAS-2024" beynəlxalq turnirdə gümüş medal qazanıb.
AZƏRTAC xəbər verir ki, o, qadınlar arasında pnevmatik tapançadan atəş üzrə yarışda buna nail olub.
X.Əliyeva 235.2 xalla toplayaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.

 

İdman 2024-03-18 09:45:00