×
A
A
A
Sazlamalar

“Trabzonspor” azarkeşləri "Fənərbağça" futbolçularına hücum ediblər VİDEO

Bakı, 18 mart, AZƏRTAC

Türkiyə Superliqasının 30-cu turunda "Fənərbağça"nın "Trabzonspor"u 3:2 hesabı ilə məğlub etdiyi matçın yekununda qalmaqal yaranıb.
AZƏRTAC xəbər verir ki, Trabzon azarkeşləri oyunun final fiti səsləndikdən sonra meydana daxil olaraq qələbəni qeyd edən "sarı-lacivərd"lərin futbolçularına hücum ediblər.
“Trabzonspor” tərəfdarları ilə “Fənərbağça” oyunçuları arasında çıxan davaya təhlükəsizlik qüvvələri müdaxilə edib.
Qeyd edək ki, hazırda "Fənərbağça" 79 xalla ikinci pillədə qərarlaşıb. "Trabzonspor" isə 49 xalla üçüncü sıradadır.

İdman 2024-03-18 01:03:00

Video