×
A
A
A
Sazlamalar

Türkiyə Superliqası: “Fənərbağça” “Trabzonspor”a qalib gəlib

Bakı, 18 mart, AZƏRTAC

Futbol üzrə Türkiyə Superliqasında 30-cu tura yekun vurulub.
AZƏRTAC xəbər verir ki, günün son oyununda "Trabzonspor" doğma meydanda "Fənərbağça"nı qəbul edib. Qarşılaşma "sarı-lacivərd"lərin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Turun digər görüşlərində "Rizəspor" "Qaziantep"ə 3:1, "Hatayspor" "Samsunspor"a 3:0, "Qalatasaray" "Kasımpaşa"ya 4:3 hesabı ilə qalib gəlib.
Bu nəticədən sonra xallarını 79-a çatdıran "Fənərbağça" ikinci pillədə qərarlaşıb. "Trabzonspor" isə 49 xalla üçüncü sıradadır. Turnir cədvəlinə 81 xalla "Qalatasaray" başçılıq edir.

İdman 2024-03-18 00:56:00