İngiltərə Federasiya Kuboku: “Mançester Yunayted” “Liverpul”a qalib gələrək yarımfinala yüksəlib
Bakı, 17 mart, AZƏRTAC
İngiltərə Federasiya Kubokunda yarımfinala vəsiqə qazanan son iki komandanın adına aydınlıq gəlib.
AZƏRTAC xəbər verir ki, 1/4 final mərhələsinin ən maraqlı oyunu “Mançester Yunayted” – “Liverpul” komandaları arasında reallaşıb. Əlavə vaxta gedən matç "qırmızı-şeytanlar"ın 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla da Mançester təmsilçisi yarımfinala vəsiqə qazanıb.
Günün digər oyununda "Çelsi" "Lester Siti"ni 4:2 hesabı ilə məğlub edərək adını yarımfinala yazdırıb.
Qeyd edək ki, daha əvvəl "Mançester Siti" və "Koventri Siti" komandaları yarımfinala yüksəliblər.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir