×
A
A
A
Sazlamalar

Azərbaycanın qadın güləşçisi Türkiyədə qızıl medala yiyələnib

Bakı, 17 mart, AZƏRTAC

Azərbaycanın üç güləşçisi Türkiyənin Antalya şəhərində keçirilən U-20 yaş qrupu üzrə "Çempionlar" turnirində fəxri kürsüyə qalxıb.
AZƏRTAC xəbər verir ki, ikinci yarış günündə qadın güləşində Əsmər Cankurtaran (53 kiloqram) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.
Sərbəst güləşdə isə Ruslan Abdullayev (61 kiloqram) və Anar Cəfərli (92 kiloqram) bürünc mükafata sahib çıxıblar.

İdman 2024-03-17 21:56:00