×
A
A
A
Sazlamalar

Azərbaycan Premyer Liqası: “Sabah” turun son oyununda “Sumqayıt”a qalib gəlib

Bakı, 17 mart, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII tura yekun vurulub.
AZƏRTAC xəbər verir ki, son oyunda "Sumqayıt" "Sabah"ı qəbul edib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 25-ci dəqiqədə Anatoli Nuriyev açıb. Meydan sahiblərinin heyətində 62-ci dəqiqədə Murad Xaçayev avtoqol müəllifi olub. "Sumqayıt"da isə 84-cü dəqiqədə Eriq Sorqa fərqlənib.
Bu nəticədən sonra xallarını 40-a çatdıran "Sabah" ikinci yerə yüksəlib. "Sumqayıt" 39 xalla beşinci pillədə qərarlaşıb. Turnir cədvəlinə isə 66 xalla "Qarabağ" başçılıq edir.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Neftçi” “Səbail”i 3:0, “Zirə” “Kəpəz”i 2:1, "Qarabağ" isə "Turan Tovuz"u 3:1 hesabı ilə məğlub edib. “Araz-Naxçıvan” – “Qəbələ” matçı isə heç-heçə başa çatıb - 1:1.

İdman 2024-03-17 21:13:00