×
A
A
A
Sazlamalar

Azərbaycan gimnastları Niderlandda 6 medal qazanıblar

Bakı, 17 mart, AZƏRTAC

Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Niderlandın Alkmaar şəhərində keçirilən “Dutch Trampoline Open – 2024” turnirində uğurla çıxış ediblər.
AZƏRTAC xəbər verir ki, sinxron proqramda qüvvəsini sınayan Əli Niftəliyev və Ammar Baxşaliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Yığmanın digər üzvləri - Hüseyn Abbasov və Nicat Mirzəyev gümüş, Fərhad Mustafayev və İbrahim Mustafazadə isə bürünc medal qazanıblar.

İdman 2024-03-17 19:48:00