Azərbaycan Premyer Liqası: “Turan Tovuz” doğma meydanda “Qarabağ”a məğlub olub
Bakı, 17 mart, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII turun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, günün ilk qarşılaşmasında "Turan Tovuz" doğma meydanda lider "Qarabağ"ı qəbul edib.
Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Meydan sahiblərinin heyətində Otto Con 10-cu dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib. Ağdam klubunda isə 56-cı dəqiqədə Nəriman Axundzadə, 73-cü dəqiqədə Patrik Andrade adını tabloya yazdırıb. 90+4-cü dəqiqədə isə Toral Bayramov penaltidən fərqlənib.
Bu nəticədən sonra xallarının sayını 66-ya çatdıran "köhlən atlar" liderliyini daha da möhkəmlədib. Tovuz təmsilçisi isə 35 xalla yeddinci pillədə qərarlaşıb.
Tura “Sumqayıt” – “Sabah” oyunu ilə yekun vurulacaq. Qarşılaşma bu gün saat 19:00-da start götürəcək.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Neftçi” “Səbail”i (3:0), “Zirə” “Kəpəz”i (2:1) məğlub edib. “Araz-Naxçıvan” – “Qəbələ” matçı heç-heçə (1:1) başa çatıb.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir