×
A
A
A
Sazlamalar

“AGF Trophy”: Azərbaycanın gənc gimnastları fərqli alətlər üzrə çıxışlarda medal qazanıblar

Bakı, 17 mart, AZƏRTAC

Bakıda keçirilən idman gimnastikası üzrə “AGF Trophy” beynəlxalq turnirində gənclər arasında fərqli alətlər üzrə ilk qaliblər məlum olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan millisinin üzvü Aydın Əlizadə sərbəst hərəkətlərdə qızıl, halqalarda gümüş, paralel qollarda isə bürünc medal əldə edib.
Dəniz Əliyeva isə dayaqlı tullanmada gümüş medal qazanıb.
Qeyd edək ki, Bakıda keçirilən yarışda Azərbaycanla yanaşı, Qazaxıstan, Ukrayna, Özbəkistan və Gürcüstandan ümumilikdə 88 idmançı mübarizə aparır.

İdman 2024-03-17 15:00:00