×
A
A
A
Sazlamalar

Azərbaycan Premyer Liqası: “Turan Tovuz” doğma meydanda “Araz-Naxçıvan”a qalib gəlib

Bakı, 10 mart, AZƏRTAC

Azərbaycan Premyer Liqasında XXVI turun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, “Turan Tovuz” doğma meydanda “Araz Naxçıvan”ı qəbul edib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları 78-ci və 80-ci dəqiqələrdə Aleks Souza vurub.
Bu nəticədən xallarını 35-ə çatdıran “Turan Tovuz” altıncı pillədədir. “Araz-Naxçıvan” isə 31 xalla səkkizinci yerdə qərarlaşıb.
Tura bu gün keçiriləcək “Qarabağ” – “Zirə” matçı ilə yekun vurulacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda reallaşacaq oyun saat 18:00-da start götürəcək.
Qeyd edək ki, turun daha əvvəl baş tutan qarşılaşmalarında “Sumqayıt” “Səbail”ə 1:0, “Sabah” “Qəbələ”yə 2:1 hesabı ilə qalib gəlib. “Kəpəz” – “Neftçi” görüşü isə qollu heç-heçə ilə bitib - 3:3.

İdman 2024-03-10 17:39:00