×
A
A
A
Sazlamalar

Azərbaycan gimnastları Polşada altı medal qazanıblar

Bakı, 10 mart, AZƏRTAC
Azərbaycan gimnastları Polşanın Krakov şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə 11-ci Vavel turnirində altı medal qazanıblar.
AZƏRTAC xəbər verir ki, milli komandanın heyətində tamblinq növü üzrə Adil Hacızadə və Aleksey Karataşov qızıl, Mixail Malkin və Xətai Hümbətov gümüş, Bilal Qurbanov isə bürünc mükafata yiyələnib. Batut gimnastikasında isə Fərhad Vəliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, turnirə bu gün - martın 10-da yekun vurulacaq.

İdman 2024-03-10 16:49:00