×
A
A
A
Sazlamalar

Azərbaycan gimnastları beynəlxalq turnirdə finala vəsiqə qazanıblar

Bakı, 10 mart, AZƏRTAC

Azərbaycan gimnastları Polşanın Krakov şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə 11-ci Vavel beynəlxalq turnirində finala yüksəliblər.
AZƏRTAC xəbər verir ki, milli komandanın heyətində Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə, Bilal Qurbanov, Hüseyn Abdullayev, Aleksey Karataşov, Xətai Hümbətov, Hadi Əliəkbər, Sənan Rzazadə (tamblinq) və Fərhad Vəliyev (batut gimnastikası) həlledici mərhələdə mübarizə aparmaq imkanı qazanıblar.

İdman 2024-03-10 15:11:00