×
A
A
A
Sazlamalar

“Şahdağ” Beynəlxalq Xizək Alpinizmi yarışına bu gün yekun vurulacaq

Qusar, 10 mart, AZƏRTAC

“Şahdağ” Turizm Mərkəzində keçirilən Beynəlxalq Xizək Alpinizmi yarışına bu gün yekun vurulacaq.
AZƏRTAC xəbər verir ki, Azərbaycanda idmanın bu növü üzrə ilk dəfə keçirilən beynəlxalq turnirdə 11 ölkədən 60-dək idmançı birincilik uğrunda mübarizə aparacaq.
Yarışın sonuncu günündə vertikal növ üzrə üç yaş kateqoriyasında medalçılar bəlli olacaq. Qaliblər Qış İdman Növləri Federasiyası və “Şahdağ” Turizm Mərkəzi tərəfindən medal, kubok və müxtəlif hədiyyələr ilə təltif olunacaq.
Turnirin keçirilməsində əsas məqsəd ölkədə qış idman növlərini təşviq etmək, insanlar arasında xizək idman növlərinə marağı və mərkəzin beynəlxalq yarışların təşkili istiqamətində təcrübəsini artırmaqdır.
Qeyd edək ki, ötən gün idmançılar sprint yürüşü üzrə güclərini sınayıblar. Bu növdə U-23 kateqoriyasında çıxış edən Azərbaycan yığmasının üzvü Nəzrin Qəribova gümüş medalın sahibi olub.

İdman 2024-03-10 09:37:00