×
A
A
A
Sazlamalar

İspaniya La Liqası: “Atletiko Madrid” səfərdə gözlənilməz məğlubiyyət alıb

Bakı, 10 mart, AZƏRTAC

Futbol üzrə İspaniya La Liqasında 28-ci turun növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, günün gözlənilməz nəticəsi “Kadis” – “Atletiko Madrid” matçında qeydə alınıb. Belə ki, görüş Madrid təmsilçisinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Günün digər oyunlarında “Valensiya” “Xetafe”yə 1:0, “Real Sosyedad” isə “Qranada”ya 3:2 hesabları ilə qalib gəlib.
Qeyd edək ki, turnir cədvəlinə 66 xalla “Real Madrid” başçılıq edir. “Barselona” 61 xalla ikinci, “Jirona” 59 xalla üçüncüdür. Aktivində 55 xalı olan “Atletiko Madrid” isə dördüncü pillədə qərarlaşıb.

İdman 2024-03-10 07:39:00