×
A
A
A
Sazlamalar

İngiltərə Premyer Liqası: “Arsenal” liderliyə yüksəlib

Bakı, 10 mart, AZƏRTAC
İngiltərə Premyer Liqasında XXVIII tura start verilib.
AZƏRTAC xəbər verir ki, ilk oyun günündə beş matç baş tutub. "Mançester Yunayted" doğma meydanda "Everton"u 2:0 hesabı ilə məğlub edib. Hər iki qol penaltidən vurulub. Bruno Fernandeş 12-ci, Markus Reşford isə 36-cı dəqiqədə fərqlənib.
Digər maraqlı oyunda “Arsenal” və “Brentford” komandaları üz-üzə gəliblər. Qarşılaşma London təmsilçisinin 2:1 hesablı üstünlüyü ilə yekunlaşıb.
“Arsenal”dan Deklan Rays və Kay Haverts, qonaqlardan isə Yoane Vissa fərqləniblər.
Günün digər oyunlarında “Vulverhempton” “Fulhem”ə 2:1 hesabı ilə qalib gəlib. “Bournmut” – “Şeffild Yunayted”lə 2:2, “Kristal Pelas” isə evdə “Luton”la 1:1 hesablı heç-heçə edib.
Qeyd edək ki, bu nəticədən sonra xallarını 64-ə çatdıran “Arsenal” liderliyə yüksəlib. “Mançester Yunayted” isə 47 xalla altıncı pillədə qərarlaşıb.

İdman 2024-03-10 00:39:00