×
A
A
A
Sazlamalar

Azərbaycan Kuboku: “NTD-İndiqo” “Gəncə”yə, “Sərhədçi” “Sabah”a qalib gəlib

Bakı, 9 mart, AZƏRTAC

Basketbol üzrə Azərbaycan Kubokunda IV tura yekun vurulub.
AZƏRTAC xəbər verir ki, B qrupunda “Gəncə” və “NTD-İndiqo” kollektivləri üz-üzə gəliblər. “Sərhədçi” İdman Mərkəzində baş tutan görüş Xaçmaz təmsilçisinin 98:75 hesablı qələbəsi ilə yekunlaşıb.
Günün ikinci oyununda “Sabah” “Sərhədçi” ilə qarşılaşıb. Matç ikincilərin 87:82 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, hazırda “Sərhədçi” 7 xalla liderdir. “NTD-İndiqo” 6 xalla 2-ci, 5 xallı “Sabah” isə üçüncüdür. Əgər “Sabah” son oyunda “NTD-İndiqo”ya məğlub olarsa, “Sərhədçi” və Xaçmaz təmsilçisi yarımfinala vəsiqə qazanacaq.

İdman 2024-03-09 22:40:00