×
A
A
A
Sazlamalar

Azərbaycan cüdoçusu Qran-Pri turnirində gümüş medal qazanıb

Bakı, 9 mart, AZƏRTAC
Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Avstriyanın Linz şəhərində keçirilən Qran-Pri turnirində gümüş medal qazanıb.
AZƏRTAC xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda Moldova təmsilçisi Adil Osmanova məğlub olub.
Bu gün mübarizəyə qoşulan Aytac Qardaşxanlı (63 kiloqram) isə yarışı medalsız başa vurub.
Ötən gün yığmanın digər üzvləri Gültac Məmmədəliyeva və Aydan Vəliyeva (hər ikisi 52 kiloqram) da uğursuz nəticə göstəriblər.
Martın 10-da Camal Qamzatxanov (+100 kiloqram) qüvvəsini sınayacaq.
Turnirdə 82 ölkədən 568 idmançı mübarizə aparır.

İdman 2024-03-09 22:06:00