×
A
A
A
Sazlamalar

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 7 avqust tarixli 575 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən dövlət zəmanəti əsasında emissiya ediləcək istiqrazların buraxılması, həcmi, müddəti və ödənilmə şərtləri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 7 avqust tarixli 575 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 8, maddə 905; 2016, № 9, maddə 1470; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 2 avqust tarixli 2282 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən dövlət zəmanəti əsasında emissiya ediləcək istiqrazların buraxılması, həcmi, müddəti və ödənilmə şərtləri”ndə aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci hissəyə “Təşkilatı” sözündən sonra (bundan sonra - “Aqrarkredit” QSC) sözləri əlavə edilsin.
2. 3-cü hissədə “İstiqrazlar” sözü “Bu Şərtlərin 10-cu hissəsi nəzərə alınmaqla, istiqrazlar” sözləri ilə əvəz edilsin.
3. 4-cü hissənin ikinci cümləsinə “şərtilə” sözündən sonra “bu Şərtlərin 10-cu hissəsinə uyğun olaraq fərqli qayda nəzərdə tutulmadığı halda,” sözləri əlavə edilsin.
4. 5-ci hissəyə “bu ödənişlər” sözlərindən əvvəl “bu Şərtlərin 10-cu hissəsinə uyğun olaraq fərqli qayda nəzərdə tutulmadığı halda,” sözləri əlavə edilsin.
5. Aşağıdakı məzmunda 10-cu hissə əlavə edilsin:

“10. İstiqrazların bu Şərtlərin 3 - 5-ci hissələrində nəzərdə tutulan tədavül və ödənilmə müddətləri “Aqrarkredit” QSC tərəfindən istiqraz mülkiyyətçiləri və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla dəyişdirilə bilər.”.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 oktyabr 2023-cü il

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının genişləndirilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fərmanlar 2023-10-05 16:03:00