×
A
A
A
Sazlamalar

Ordubad sakini iaşə obyektinin tikintisi zamanı beton tökən qurğunun ona dəyməsi nəticəsində ölüb

Bakı, 26 avqust, AZƏRTAC

Avqustun 26-da 1980-ci il təvəllüdlü İlham Hüseynov Ordubad rayonunun Vənənd kəndində iaşə obyektinin tikintisi zamanı beton tökən qurğunun başlığının ona dəyməsi nəticəsində vəfat edib.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib.
Bildirilib ki, faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Hadisənin baş vermə səbəbi tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

Hadisə 2023-08-26 18:08:00