×
A
A
A
Sazlamalar

Banklar yeddi ayda 655.3 milyon manat xalis mənfəət əldə ediblər

Bakı, 25 avqust, AZƏRTAC

2023-cü ilin yanvar-iyul aylarında banklar 655.3 milyon manat xalis mənfəət, 931.4 milyon manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 33 faiz və 26 faiz artıb. 2023-cü ilin 7 ayında banklar tərəfindən 163.4 milyon manat məbləğində mənfəət vergisi ödənilib.

 

 

Maliyyə 2023-08-25 14:44:00