×
A
A
A
Sazlamalar

Xaçmazda qadına kəsici alətlə çoxsaylı xəsarət yetirən şəxs saxlanılıb

Bakı, 25 avqust, AZƏRTAC

Avqustun 24-də axşam saatlarında Xaçmaz rayonunda restoranların birində 2003-cü il təvəllüdlü Z.Bəşirovaya kəsici alətlə çoxsaylı xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.
AZƏRTAC xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin regional qrupundan mətbuatın sorğusuna cavab olaraq bildirilib.
Məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının tanışı 1996-ci il təvəllüdlü Muxtarov Sakit Muxtar oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.

Hadisə 2023-08-25 00:19:00