×
A
A
A
Sazlamalar

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 25 faizə qaldırıb

Bakı, 24 avqust, AZƏRTAC
Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.
AZƏRTAC “Bloomberg”ə istinadla xəbər verir ki, iclasda uçot dərəcəsi 7,5 faiz bəndi artırılaraq 17,5 faizdən 25 faizə qaldırılıb.
Qeyd edək ki, uçot dərəcəsi TMB-nin bu il iyulun 20-də keçirilmiş iclasında 15 faizdən 17,5 faizə çatdırılmışdı.

Maliyyə 2023-08-24 16:38:00