×
A
A
A
Sazlamalar

"YAŞAT" düşərgəsinin altıncı həftəsi davam edir

Bakı, 24 avqust, AZƏRTAC

“YAŞAT” Fondunun və ASAN Könüllüləri Təşkilatının birgə təşkilatçılığı, “PMD Hospitality”nin tərəfdaşlığı ilə həyata keçirilən və Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 3-cü “YAŞAT” düşərgəsinin altıncı həftəsi davam edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, altıncı həftənin 3-cü və 4-cü günlərində psixoloqlarla görüşlər, hovuz saatları, miniqolf turniri və dart yarışları, “Hədəf” liseyi tərəfindən “STEAM” proqramının təqdimatı, eyni zamanda, “Booo.az” tərəfindən komanda quruculuğu oyunları təşkil olunub. Uşaqların Azərbaycanın müdafiə sənayesi naziri, Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyev ilə görüşü olub. Nazir iştirakçılara Ulu Öndər Heydər Əliyev ilə görüşlərindən və xoş xatirələrindən danışıb, idarəçilik və rəhbərlik təcrübələrini bölüşüb.
Sonda o, uşaqlarla birgə nahar edib.
ASAN Radionun təşkilati dəstəyi ilə tanınmış estrada müğənniləri Kazımcanın və Ayaz Babayevin konsert proqramları da təşkil olunub.
Düşərgədə iştirakçılardan Zəhra Ağazadənin doğum günü keçirilib.
Qeyd olunub ki, tərəfdaşlar “PMD Hospitality” şirkəti, “Shamakhi Palace Sharadil” Hoteli, baş sponsor “Bakcell”, sponsorlar “Nar”, “PAŞA Bank” ASC, “BRAVO” supermarketlər şəbəkəsidir.

 

Sosial 2023-08-24 12:24:00