×
A
A
A
Sazlamalar

Müflis elan olunmuş bank mülkiyyətində olan torpaq sahələrinə görə torpaq vergisi ödəməlidirmi?

Bakı, 24 avqust, AZƏRTAC

“X bank” ASC tərəfindən məhkəməyə təqdim edilmiş iflas haqqında iddia ərizəsinə əsasən, 2023-cü il yanvarın 15-də məhkəmə tərəfindən müflis elan olunma barədə qərar qəbul edilərək qüvvəyə minib. Bankın mülkiyyətində olan torpaq sahələrinə görə 2023-cü il üzrə torpaq vergisi öhdəliyi varmı?
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, Vergi Məcəlləsinin 2023-cü il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, kredit təşkilatları məhkəmənin qanuni qüvvəyə minmiş qərarına görə müflis elan olunduğu halda, kredit təşkilatının müflis elan olunması ilə bağlı məhkəmə qərarının qüvvəyə mindiyi ildən etibarən torpaq vergisini ödəməkdən azaddırlar.
Qeyd olunanlara əsasən, ASC 2023-cü il üzrə torpaq vergisini ödəməkdən azaddır.

Maliyyə 2023-08-24 12:20:00