×
A
A
A
Sazlamalar

Neft-qaz sektorunda çalışanların sayı açıqlanıb

Bakı, 24 avqust, AZƏRTAC

Yanvar-iyul aylarında iqtisadiyyatın neft-qaz sektorunda 31,6 min nəfər çalışıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, orta aylıq nominal əməkhaqqı neft-qaz sektorunda 3621,8 manat təşkil edib.
Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 883 manat, özəl müəssisələrdə isə 964,6 manat olub.

Neft - qaz 2023-08-24 10:40:00